Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Sumqayıt” və “Zirə” bu gün yoxlama oyununda qarşılaşıb.

Rekord.az xəbər verir ki, “Sumqayıt”ın meydanında keçirilən oyunda darmadağın qeydə alınıb. 

Ayxan Abbasovun baş məşqçisi olduğu yerli komanda 4:0 hesabı ilə qalib gəlib. Qolları Rüfət Abdullazadə, Tellur Mütəllimov, Elvin Məmmədov və yeni transfer Əli Qurbani vurub.

Qeyd edək ki, "Sumqayıt" Avropa Liqasının 1-ci təsnifat mərhələsində  avqustun 27-də Makedoniya "Şkendiya"sını qəbul edəcək.

Xatırladaq ki, "Sumqayıt" bundan əvvəl yoxlama görüşlərində  "Neftçi"yə (0:3), "Sabah"a (0:1), "Qəbələ"yə (1:2) uduzub, "Zirə" isə "Keşlə"yə (0:1) məğlub olub, "Qəbələ" ilə qolsuz heç-heçəyə razılaşıb.