"Peykan"dan ayrıldıqdan sonra bir neçə yerli klubdan təklif almışdım. İranda qalsaydım, futbol oynamaq üçün 2 ay gözləməli olacaqdım. Buna görə "Sumqayıt"a keçməyə razılıq verdim. Azərbaycanda oynamaq mənim üçün yeni çağırışdır".

Rekord.az xəbər verir ki, "Sumqayıt"ın yeni legioneri Höccət Haqverdi "Tasnim" nəşrinə açıqlamasında "gənclik şəhəri" təmsilçisinə keçidi barədə danışarkən deyib.

İranlı müdafiəçi bildirib ki, ölkəmizə gəlməzdən öncə bir çox insanla məsləhətləşib: "Yeni komamdamla mövsümün sonunadək müqavilə bağlamışam”.

Göründüyü kimi, iranlı futbolçu “Sumqayıt”a məcburiyyətdən gəlib. Yəni “Sumqayıt”a tramplin gözü ilə baxır. İki ay futbolsuz qalmamaq üçün gəlib burda oynayıb formasını qorusun, pulunu alsın, mövsüm başa çatan kimi də qayıdıb getsin İrana. Sabiq baş məşqçisi Samir Abasov deyəsə “Sumqayıt”ı reabilitasiya mərkəzinə bənzətməkdə haqlı idi. Çünki bu klub hər mövsüm formada olmayan, klubsuz futbolçuları gətirib oynadır, onları formaya salır, sonra da hamısı çıxıb daha imkanlı klubara gedir. Görünən budur ki, Höccət 2 ay boyunca höccətlik etməsəbelə, mövsümün sonunda reablitasiya mərkəzi hesab etdiyi klubu tərk edib gedəcək. Olan yenə “Sumqayıta” olacaq.

Anar XANLAROV