AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi U-9 Liqasının Şimal zonasında növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, lider "Sumqayıt" PFK növbəti qələbəsini qazanaraq favorit statusunu təsdiqləyib. 

 

Gənc mütəxəssis Orxan Abdullayevin yetirmələri bu dəfə "Ərgünəş" üzərində 3:1 hesabı ilə qələbəni bayram ediblər. Bununla da "Sumqayıt" 9 oyunda 9 qələbə ilə itkisiz seriyasını davam etdirib.

 

Turun digər oyunlarının nəticələri aşağıdakı kimidir:

 

Zirvə (Xırdalan) - Nakhchione FK  0:3
PFA - Dortmund Bakı FK  13:3
İOEUGİM (Sumqayıt) - Sumqayıt City FK  6:3