Bu mövsümdən U-8 liqasında çıxış edən "Sumqayıt" komandasında bir futbolçu oyunu ilə xüsusi diqqət çəkir.

Rekord.az xəbər verir ki, söhbət 2018-ci il təvəllüdlü Tunar Hüseynovdan gedir. 

2018-ci il təvəllüd olmasına baxmayaraq, 2017, hətta 2016-cı il təvəllüdlü uşaqlarla da bir yerdə çıxış edib. Oyunu ilə diqqət çəkdiyi üçün ona "Canavar" ləqəbi qoyublar. U-8 liqasında ən çox qol vuran futbolçudur. Müəllimi Orxan Abdullayevdi. Tunar ilk olaraq futbola məhz Abdullayevin rəhbərliyi ilə "Məhəllə uşaqları"nda başlayıb.  İki ilə yaxındır ki, Orxan müəllim tərəfindən "Sumqayıt" Futbol Akademiyasına cəlb olunub.