Son zamanlar "Sumqayıt" Futbol Akademiyasından çıxan istedadlı futbolçuların sayı artmaqdadır.

Rekord.az xəbər verir ki, onlar həm əsas komandaya, həm də müxtəlif yaş qruplarından ibarət milli komandalara dəvət alırlar.

Elə bu yaxınlarda 5 futbolçunun U-19 komandasına dəvət alması, iki futbolçunun isə İspaniyanın "Levante" klubunun düşərgəsinə yollanması da dediklərimizin sübutudur. Yetişməkdə ikan futbolçulardan biri də Anar Vəlizadədir. Hazırda "Sumqayıt"ın U-13 komandasında forma geyinən Anar öz oyunu ilə həmyaşıdlarından seçilir. Kristiano Ronaldoya olan sevgisindən 7 nömrəli formanı geyinən 12 yaşlı futbolçunun hazırkı məşqçisi Elşad Eyvazovdu. Həm sürəti, həm zərbələri, həm də ötürmələri və driblinqləri ilə diqqət çəkən Vəlizadə akademiyanın perspektiv vəd edən futbolçularındandır.