"Sumqayıt"ın növbəti ev oyununu yenidən qurulmuş Mehdi Hüseynzadə adına stadionda keçirəcəyi dəqiqləşib.

Rekord.az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) də artıq bunu rəsmi olaraq açıqlayıb.

Çoxlarını düşündürən sual isə "Neftçi"yə qarşı keçiriləcək oyuna bilet satışının olub-olmayacağı ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, "Neftçi" ilə oyuna giriş böyük ölçüdə pulsuz olacaq. Lakin növbəti ev oyunlarından bilet satışının olması nəzərdə tutulub.