“Sumqayıt”ın əvəzedici komandası 1-ci divizionun ikinci dövrəsi üçün hazırlığını davam etdirir.

Rekord.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri ötən həftədən etibarən hər gün saat 12:00-da “Kapital Bank Arena”nın ehtiyat meydançasında məşqlərini keçirir.

Qeyd edək ki, “Sumqayıt-2” sabah hazırlıq dönəmində ilk yoxlama oyununu keçirəcək. Komandamız “Tufan”ın 19 yaşadək futbolçularından ibarət heyəti ilə qarşılaşacaq. Oyun saat 12:00-da “Kapital Bank Arena”nın ehtiyat meydançasında keçiriləcək.