“Sumqayıt”ın futbolçusu Tellur Mütəllimov uğurlu əməliyyat keçirib.

Rekord.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkiyənin İstanbul şəhərində əməliyyat olunan futbolçu 1 həftədən sonra məşqlərə başlaya biləcək.

Qeyd edək ki, Tellur Mütəllimov ötən mövsüm 25 oyunda ümumilikdə 2158 dəqiqə meydanda olub. Mütəllimov həmin matçlarda 3 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub.