Futbol üzrə Pakistan yığma komandası Dünya Çempionatının Asiya qitəsi üzrə təsnifat mərhələsində Kamboca ilə qarşılaşıb. 

Rekord.az xəbər verr ki, “Sumqayıt”ın futbolçusu İsa Sulimanın da iştirak etdiyi matçda Pakistan yığması iki görüşün nəticəsinə əsasən (0:0; 1:0) rəqibini məğlub edərək Asiya qitəsi üzrə seçmə mərhələ yarışlarının qrup mərhələsinə yüksəlib. 

Müdafiəçi Kambocaya qarşı ilk oyunda olduğu kimi, cavab görüşündə də sonadək meydanda olub.