"Sumqayıt"ın futbolçusu "Levante"nin düşərgəsinə gedəcək
- 13:00
- 179
"Sumqayıt" Futbol Akademiyasın daha bir futbolçusu əcnəbi klubların maraq dairəsinə düşüb.
Rekord.az xəbər verir ki, söhbət U-13 komandasının üzvü Anar Vəlizadədən gedir.
Belə ki, bu futbolçu ispaniyalı seleksionerlər tərəfindən bəyənilib və 2 həftə ərzində bu ölkənin "Levante" klubunun düşərgəsində olacaq.
Qeyd edək ki, Anar "Sumqayıt" Futbol Akademiyasının ən istedadlı futbolçularından hesab olunur və bir müddət bundan öncə də bu uşaq haqda Rekord.az-da yazı getmişdi.