Cari mövsüm özünü yaxşı tərəfən göstərən gənc futbolçulardan biri də "Sumqayıt"ın futbolçusu Rüstəm Abdullazadədir.

Rekord.az xəbər verir ki, sözügedən futbolçu artıq iddialı klubların maraq dairəsinə də düşüb.

Konkret olaraq "Qarabağ"ın Rüstəmin xidmətində maraqlı olmasına dair məlumatlar yayılıb. Deyilənə görə, Ağdam klubu U-21 millisimizin də üzvü olan futbolçunu heyətinə qatmaq istəyir.