Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Neftçi” (2:0) qarşılaşması meydan sahiblərinin futbolçusu Ruslan Əliyev üçün əlamətdar olub.


Rekord.az xəbər verir ki, “Sumqayıt”ın akademiyasının yetirməsi olan Əliyev Premyer Liqada debüt oyununa çıxıb. 


Ruslan bu uğura 20 yaş 252 günlüyündə nail olub.