“Sumqayıt” Antalyada ilk məşqini keçirib.

Rekord.az xəbər verir ki, yerli vaxtla saat 17:00-da başlayan məşq təxminən 1.5 saat davam edib. 

Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviç də məşqi izləyənlər arasında olub.

Qeyd edək ki, “Sumqayıt” sabah səhər və axşam olmaqla 2 dəfə məşqə çıxacaq.