“Sumqayıt”ın məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna hazırlaşmışdıq. İstəyirdik ilin son oyununda qələbə qazanaq. Hava şəraiti, zədəlilər, virusla bağlı məsələlərə görə alınmadı. Uşaqlar sona qədər mübarizə apardı. Baş məşqçinin, həmçinin Xocaniyazov və Xaçayevin olmaması təsirini göstərdi”.