![photo](https://www.rekord.az/storage/uploads/5/162288884-5166329606772709-5893525170991017823-o.jpg)
“Sumqayıt”ın MOİK-lə matçının vaxtı açıqlandı
- 19 Mar 2021 18:40
- 620
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” komandası martın 21-də ilk yoxlama oyununu keçirəcək.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “kimyaçılar” 1-ci divizion təmsilçisi MOİK-lə üz-üzə gələcək.
Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 14:00-da veriləcək.
“Sumqayıt” martın 28-də daha bir yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv “Sabah”la qarşılaşacaq.