Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna bugünədək bir çoxları kimi, idman adamları da dəstək göstərib.

Rekord.az xəbər verir ki, “Sumqayıt“ın prezidenti Riad Rəfiyev də bu kampaniyaya qoşulub.

“Kimyaçılar“ın rəhbəri Dəstək Fondunun hesabına 500 manat köçürüb.

Ona kimi futbol camiəsindən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 20 min manat, “Qarabağ”ın futbolçuları 50 min manat, “Sabah“ın məşqçi və futbolçuları 50 min manat, AFFA-nın baş katibi Elxan Məmmədov 4 min manat, Azərbaycan yığmasının sabiq qapıçısı Kamran Ağayev 1000 manat və “Neftçi”nin idman direktoru Ceyhun Sultanov 1000 manat ianə edib.