"Sumqayıt"ın prezidenti Riad Rəfiyev növbəti dəfə "Azərkimya" şirkətinin rəhbərliyi ilə görüşmək istəyir.

Rekord.az xəbər verir ki, görüşün səbəbi kluba bir qədər vəsait ayırılması ilə bağlıdır.

Bildiyiniz kimi, "Sumqayıt" hazırda çempionatın vahid lideridir. Bu üstünlüyü gələcəkdə də qorumaq üçün yeni futbolçular, yeni futbolçuları almaq üçün isə pul lazımdır. Rəfiyev də "Azərikimya" rəhbərliyi ilə bu məsələni müzakirə etmək istəyir. Heç olmasa qış fasiləsində normal futbolçular ala bilsin.