“Sumqayıt”ın pula ehtiyacı olmayan legioneri: Maaşının yarısını kirayə haqqına verir
- 05 Noy 2019 15:00
- 1220
Bir ara “Sumqayıt”ın gəlmə futbolçularının kirayə məsələsi ilə bağlı məsələ gündəmə gəlmişdi. Mətbuatda futbolçuların Sumqayıtda yox, Bakıda qalmaq istəməsi və kirayə haqqlarını da klubdan tələb etmələrinə dair məlumatlar yayılmışdı. Lakin sonradan klubun mətbuat katibi Rəşad Məmmədov Rekord.az-a açıqlamaısndf bu xəbərləri təkzib edərək bildirmişdi ki, Əmir Ağayev xaric bütün gəlmələr Sumqayıtda yaşayır və qaldıqlaın evlərin kirayə haqqını da özləri ödəyir. Yalnız Əmir Ağayev öz istəyi ilə Bakıda qalır və o da ev kirayəsini özü ödəyir.
Əldə etdiyimiz məlumata görə, Ağayev həqiqətən də Bakıda qalır. Özü də “Sumqayıt”ın büdcəsi ilə uzlaşmayan kifayət qədər dəbdəbəli və bahalı “Port Baku”da. Futbolçu klubdan aldığı aylıq maaşın tən yarısını kirayə haqqına verir. “Port Baku”da ailəsi ilə yaşayan Ağayevin həyat tərzi də kifayət qədər bahalıdır. Yəni geydiyi, yediyi, gəzdiyi məkanlar hamısı elit təbəqə sayılır.
Sual oluna bilər ki. ailəli bir futbolçu aylıq maaşının yarısını kirayə haqqına verməklə və dəbdəbəli həyat sürməklə Bakı kimi bahalı şəhərdə necə yaşayır? Mənbəmizin məlumatına görə, bu məsələdə Əmirin İsraildə yaşayan ailəsi ona kifayət qədər kömək edir. Ailə zəngin ailədir və Əmirin də pula ehtiyacı yoxdur. Sadəcə həvəskarı olduğu üçün futbol oynayır. Bakı da onu cəlb edir. Üstəlik, ona Azərbaycan millisində oynamaq sözü verilib. Belə olan halda, bir müddət Azərbaycan çempionatında oynamaq ona heç bir zərər gətirməz.