Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan “Çukariçki” Serbiya çempionatında mövsümün ilk oyununa çıxıb.

Rekord.az xəbər verir ki, “Çukariçki” “Vozdovaç”la qarşılaşıb. 

Oyun “Çukariçki”nin 2:1 hesablı qələbəsiylə başa çatıb. Meydan sahiblərinin hər iki qolunu Corce Yovanoviç vurub. O, 43 və 70-ci dəqiqələrdə fərqlənib.

“Sumqayıt” “Çukariçki”ylə ilk matçını iyulun 21-də Serbiyada keçirəcək. Cavab oyunu isə iyulun 29-da Sumqayıtda olacaq.