“Sumqayıt” Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sabah”la qarşılaşacaq.

Rekord.az xəbər verir ki, bu komandalar indiyə qədər 10 dəfə üz-üzə gəliblər.

İlk qarşılaşmada rəqibini səfərdə 4:1 hesabı ilə məğlub edən “Sumqayıt” bu görüşlərdə 5 qələbə qazanıb, 2 heç-heçə edib, 3 dəfə isə məğlub olub.

10 görüşdə qeydə alınan ümumi top fərqi 15:10 olaraq, "Sumqayıt"ın xeyrinədir. Bu komandanın “Sabah”la keçirdiyi qarşılaşmalarda ən məhsuldar futbolçu 3 qolla Əmir Ağayevdir. Onu 2 qolla hazırda da "Sumqayıt”ın şərəfini qoruyan Elvin Məmmədov izləyir.