“Sumqayıt”ın şikayəti təmin olunmadı
- 12 Noy 2021 15:21
- 441
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb.
Rekord.az xəbər verir ki, qurum sözügedən klubun apellyasiya şikayətini təmin etməyib.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilir ki, AFFA İntizam Komitəsinin 29.10.2021-ci il tarixində “Sumqayıt”ın oyunçusu Murad Xaçayev və klub barəsində verdiyi qərar qüvvədə saxlanılıb.