“Sumqayıt”ın türk məşqçisi Azərbaycana həm də Pro almaq üçün gəlib ÖZƏL!
- 27 Yan 2020 15:00
- 1209
Bildiyiniz kimi, mövsümün əvvəlində “Sumqayıt” klubu Almaniyadan gələn və əslən türk olan Hakan Sünalla müqavilə bağladı. Klubun prezidenti Riad Rəfiyev klubun futbol akademiyasına nəzarəti tamamilə onun ixtiyarına verdi. Yəni Sünal “Sumqayıt” Futbol Akademiyasının rəhbəri oldu.
Rekord.az- a daxil olan məlumata görə, Almaniyadan “Sumqayıt”a gələn türkün əcnəbilər üçün o qədər də yüksək sayılmayan maaş qarşılıgında burda işləməyə razılıq verməsinin başqa səbəbi də var.
Bu da Hakan bəyin Azərbaycanda Pro kateqoriyası almaq istəyi ilə bağlıdır. Çünki Almaniyada bu kateqoriyanı alamq heç də asan deyil. Amma Azərbaycanda qısa müddətdə rahat şəkildə Pro-ya sahib ola bilərsən. Sünalı Azərbaycanda işləməyə həvəsləndirən əsas məqamlardan biri də budur. Onun Pro almasına isə AFFA ilə sıx münasibəti olan Riad Rəfiyev kömək edəcək.