“Sumqayıt”ın türkü qayıtdı, maddi sıxıntı davam edir
- 05 Okt 2020 13:00
- 824
“Sumqayıt” Futbol Akademiyasına direktoru Hakan Sünal Azərbaycana qayıdıb.
Rekord.az xəbər verir ki, Almaniyadan geri dönən türkiyəli məşqçi artıq işinin başındadır.
Bu arada, "Sumqayıt"da maddi sıxıntılar davam edir. Klubun sponsoru "Azərikimya" hələ də klub üçün əlavə büdcə ayırmır. Bu səbəbdəb bəzən futbolçuların və akademiyada çalışan məşqçilərin maaşını vaxtında vermək olmur. Əsas komandanın futbolçuları isə uğurlu nəticələrə görə mükafat ala bilmir.