“Sumqayıt” klubunun vitse-prezidenti Vaqif Ömərov vəfat edib.

Rekord.az xəbər verir ki, Ömərov ötən gün 69 yaşında dünyasını dəyişib. Mərhum funksioner xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Vaqif Ömərov uzun illərdir ki, SOCAR “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar Komitəsinin sədri vəzifəsində də çalışırdı.

Ömərov sonuncu dəfə fevralın 13-də “Sumqayıt”ın “Səbail”ə 3:0 hesabı ilə qalib gəldiyi ev oyununu canlı izləyib.

Allah rəhmət eləsin!