"Sumqayıt"ın yeni transferi Nimeli Silvanus "Şamaxı" ilə oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az-a açıqlama verən liberiyalı futbolçu öncə oyun haqda danışıb: "Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşmaq lazımdır".

Futbolçu komandasının düşdüyü çətin durumu da şərh edib: "Pis komanda deyilik. Sadəcə, yeni futbolçuların uyğunlaşması üçün zaman lazımdır. Mən inanıram ki, hər şey yaxşı olacaq. Biz də istəyirik ki, qələbə qazanaq, turnir cədbəlində daha yuxarı yerlərdə qərarlaşaq. Bunun üçün də daha çox çalışmalıyıq".

Nimeli "Sumqayıt"a uyğunlaşması haqda sualı da cavablandırdı: "Tədricən komandaya uyğunlaşıram. Yaxşı komandamız, futbolçularımız var. Baş məşqçi və rəhbərliyimizdən də razıyam. Bütün kollektiv məni isti qarşıladı və daha tez uyğunlaşmağıma kömək etdilər",