Bu gün futbol üzrə Azrbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb və 15-ci tura start verilib.

Rekord.az xəbər verir ki, üçüncü dövrənin ilk oyun günündə 2 qarşılaşma baş tutub.


Turun açılış matçında “Zirə” “Sabah”ı qəbul edib və inamlı qələbəyə sevinib. 


Günün digər qarşılaşmasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri ilk yarının sonlarında həm azlıqda qalıblar, həm də hesabda geri düşüblər. Amma paytaxt təmsilçisi ikinci hissədə bərabərlik qolunu vurmağı bacarıb. Beləcə, bu görüşdə qalib müəyyənləşməyib.


Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Qəbələ” “Keşlə”ni qəbul edəcəksə, lider “Qarabağ” səfərdə “Səbail”in qonağı olacaq.


Azərbaycan Premyer Liqası
15-ci tur

1 fevral


Zirə – Sabah 2:0
Qol: A.Ramazanov, 45+1. R.Qadze, 78.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 15:00.

 

Zirə: 1. Orxan Sadıqlı, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Ağabala Ramazanov, 27. Adrian Skarlatake, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 3. Ali Sisey, 18. Anton Corc, 11. Davit Volkov, 55. Rauf Hüseynli.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 33. Yovan Krneta, 23. Mfo Kqasvane, 48. Şafik Tiqrudja, 25. Miloş Bakraç, 20. Əli Şirinov, 70. Nicat Süleymanov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Zaur Həşimov.
Sabah: 1. Saşa Stamenkoviç, 27. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 32. Rəşad Eyyubov (k), 77. Cavid Tağıyev, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 9. Marko Deviç, 23. Amadu Diallo, 30. Mario Marina, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 10. Cavid İmamverdiyev, 6. Vadim Abdullayev, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 20. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 26. Ozan Can Kökcü, 97. Emil Qasımov, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov.
Baş məşqçi: Jelko Sopiç.


Neftçi – Sumqayıt 1:1
Qol: B.Dabo, 71 - R.Sadıxov, 43.
Qırmızı vərəqə: V.Stankoviç, 41.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov.
8-ci km stadionu, 17:30.

 

Neftçi: 1. Səlahət Ağayev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 93. Soni Mustivar, 11. Evangelos Platellas, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 10. Dario Frederiko, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 55. İbrahim Əliyev, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov
Baş məşqçi: Füzuli Məmmədov
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 22. Sərtan Taşqın, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 33. Ələkbər Ağayev, 2. Rail Məlikov, 14. Elvin Bədəlov, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 8. Peyman Babayi, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov