"Sumqayıt"la oyunda uvertüra arzulayır
- 16 İyl 2021 18:00
- 520
“Sumqayıt”ın Konfrans Liqasındakı rəqibi “Çukariçki” bu həftə yeni mövsümə start verir.
Rekord.az xəbər verir ki, Serbiya çempionatında yeni mövsümün ilk turunda “Çukariçki”nin rəqibi “Vojdavaç” olacaq.
Yayda rəqibin heyətindən transfer olunan 21 yaşlı yarımmüdafiəçi Aleksa Yankoviç qarşıdakı matç barədə fikirlərini açıqlayıb. O, “Sumqayıt”la iyulun 21-dəki matça da toxunub: “Cümə günü uğurlu nəticəyə ümid edirəm. Bu üç xal bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Çalışacağıq ki, bu, “Sumqayıt”la oyun öncəsi ən yaxşı uvertüra olsun. Azərbaycan təmsilçisi barədə isə yalnız çempionat qarşılaşmasından sonra düşünəcəyik”.
Qeyd edək ki, Konfrans Liqasının II təsnifat mərhələsinin “Çukraiçki” – “Sumqayıt” matçı iyulun 21-də Serbiyada baş tutacaq.