Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Sumqayıt”ın əvəzediciləri yoxlama oyunu keçirib. 

Rekord.az xəbər verir ki, sözügedən komanda “Sumqayıt Arena”nın ehtiyat meydançasında “Qarabağ”ın əvəzediciləri ilə qarşılaşıb.

Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.

Yoxlama oyunu
11 oktyabr

“Sumqayıt-2” – “Qarabağ-2” 1:1