“Qəbələ” Premyer Liqanın 11-ci turu çərçivəsində bu gün “Sumqayıt”la üz-üzə gələcək.

Rekord.az xəbər verir ki, Sumqayıtda keçiriləcək qarşılaşma iki rəqib arasında 48-ci duel kimi tarixə düşəcək.

Komandalar indiyədək 47 matçda qarşılaşıb. “Qırmızı-qaralar” bu qarşılaşmalarda böyük üstünlüyə malikdir. Hesabında 27 qələbə olan “Qəbələ” 14 bərabərlik edib və 6 dəfə məğlub olub. Rəqib qapısından 74 top keçirən “Qəbələ” 36 qol buraxıb. “Sumqayıt”ın qapısına Viktor Mendi hamıdan çox – 7 top vurub. “Qəbələ” son 10 görüşdə meydandan qolsuz ayrılmayıb.

Premyer Liqa çərçivəsində baş tutan 44 görüşdə 25 dəfə üç xal qazanan “Qəbələ” 13 sülhə imza atıb. 6 matçda isə “Sumqayıt” qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 71-35-dir.

Səfər matçlarında da üstünlüyə malik olan “qırmızı-qaralar” rəqib meydanındakı 21 oyunda 9 dəfə qalib gəlib. 8 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri üç xala seviniblər. Səfərdə 31 top vuran “Qəbələ” futbolçuları 20 top buraxıblar.

Xatırladaq ki, oktyabrın 29-da “Kapital Bank Arena”baş tutacaq “Sumqayıt” – “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.