Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun Tovuzda baş tutub.

Burada Premyer Liqa təmsilçiləri “Sabah”la “Kəpəz” üz-üzə gəliblər. 7 qolluq matçın sonunda "Sabah" çətinliklə mərhələ adlayıb.

“Sumqayıt” isə bu mərhələdə “Karvan”la qarşılaşıb. 4 qolun vurulduğu bu matçda isə meydan sahibləri inamlı qələbəyə seviniblər.

Bu mərhələnin digər oyunları 19, 20 və 21 dekabrda keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final

18 dekabr

Kəpəz – Sabah 3:4
Qollar: Adama Niane, 36-pen; 45; 76 - Vensan Till, 14. Jesse Sekidika, 23. Emmanuel Apeh, 39. Amin Seydiyev, 89.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Asiman Əzizli, Rauf Allahverdiyev.
Tovuz şəhər stadionu, 14:00.

Kəpəz: 96. İqor Rodriqes, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 26. Adama Niane, 91. Latir Fall, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Vladislav Vasilyuçek, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 20. Mahir Həsənov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 21. Martins Junior.
Baş məşqçi: Adil Şükürov.
Sabah: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 12. Vensan Till.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 4. Elvin Camalov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 14. İshak Belfodil, 7. Boyan Letiç, 3. Con İrasabal, 28. Kahim Parris, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.

Sumqayıt – Karvan 3:1
Qol: Kamran Əliyev, 55. Erik Sorqa, 82. Rövlan Muradov, 88 - İzzət Müştaqov, 65.
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva.
Sumqayıt şəhər stadionu, 17:00.

Sumqayıt: 15. Orxan Sadıqlı, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 35. Sənan Muradlı, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 32. Murad Ağamalıyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 2. Nemət Şıxəmirov, 16. Tural Axverdiyev, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Karvan: 99. Şahin Zəkiyev, 88. Müşfiq Teymurov (k), 10. Akif Tağıyev, 9. Zaur Fərzəliyev, 7. Ceyhun Muxtarlı, 3. İzzət Müştaqov, 18. Elvin İsmayılov, 22 Əli Abdullayev, 6. Anqenor Qnapi, 8. Peter Kinqs, 14. Uensli Ondo.
Ehtiyat oyunçular: 1. Amil Orucov, 12. Tornike Kvaratsxeliya, 11. Elnur Mustafazadə, 2. Əzəmət Ələkbərli, 5. Əyyub Cabbarov, 20. Cavanşir Cavanşirov, 4. Milad Bayrampur.
Baş məşqçi: Kənan Kərimov.