Super Kubokun finalı keçirildi
- 31 May 2022 21:58
- 611
Azərbaycan Basketbol Federasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Sərhədçi İdman Kompleksinin idman zalında basketbol idman növü üzrə Tələbə Liqasının Super Kubokunun final oyunu baş tutub. "Rekord.az" xəbər verir ki, final görüşündə Azərbaycan Dövlət Neft Sənayesi Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə komandaları qarşı-qarşıya gəlib.
Son topa qədər davam edən gərgin mübarizədən sonra ADBTİA -nın tələbələri parketdən 78-77 hesabı ilə qalib ayrılıblar. Final qarşılaşmasından sonra Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Abbas Xəlilov qalib komandaya kuboku təqdim etdərək, onları qalibiyyət münasibətilə təbrik ediblər.