“Mançester Siti” penaltilər seriyasında “Mançester Yunayted”i məğlub edərək İngiltərə super kubokunun qalibi olub.

Rekord.az xəbər verir ki, hesabı 82-ci dəqiqədə “Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaço açıb.

Matçın 89-cu dəqiqəsində Bernardo Silva hesabı bərabərləşdirib.

Penaltilər seriyası 7:6 hesabı ilə şəhərlilərin xeyrinə başa çatıb.

Bununla da, “Mançester Siti” super kubokun qalibi olub.