Super Liqa klubu baş məşqçinin istefasını qəbul etmədi
- 06 İyl 2020 13:21
- 595
Türkiyənin “Göztəpə” klubunun baş məşqçisi İlhan Palut istefa verib.
Rekord.az xəbər verir ki, o, istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.
Lakin Super Liqa təmsilçisi gənc mütəxəssisin istefasını qəbul etməyib. Bunu klubun vitse-prezidenti Talap Papatya yerli mətbuata açıqlamasında bildirib. Onlar Palutla yola davam etmək istədiklərini söyləyib.
Qeyd edək ki, baş məşqçinin istefa qərarına komandanın Super Liqanın son turunda “Fənərbaxça”ya 1:2 hesablı məğlubiyyəti, eləcə də son dörd oyunda qələbəyə həsrət qalması səbəb olub.
İlhan Palut “Göztəpə”ni 9-cu turda Tamer Tunanın istefasından bəri çalışdırır. 43 yaşlı mütəxəssisin çalışdırdığı İzmir təmsilçisi son doqquz oyunda cəmi bir qələbə qazana bilib.