Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
- 11 Yan 2024 18:30
- 280
“Konyaspor”un baş məşqçisi Hakan Keleş istefaya göndərilib.
Rekord.az xəbər verir ki, bu barədə Konya klubunun mətbuat xidməti məlumat yayıb.
İstefaya komandanın ötən gecə “Fənərbaxça”ya 1:7 hesablı məğlubiyyəti səbəb olub.
Keleş 2023-cü ilin oktyabrından “Konyaspor”a rəhbərlik edirdi. O, bu komandanı cəmi 12 oyuna çıxarıb (4 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət)
“Konyaspor” hazırda 18 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.