Türkiyənin “Antalyaspor” klubu baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Tunanın istefasına klub rəhbərliyi ilə arasındakı fikir ayrılığı səbəb göstərilib.

Tamer Tuna bu ilin yanvarından komandanı çalışdırırdı. “Antalyaspor” onun rəhbərliyi altındakı son üç matçdan cəmi 1 xalla aryılıb. Son turda “Başakşəhər”ə 1:5 hesabıyla uduzan bu kollektiv növbəti oyununu “Fənərbaxça”ya qarşı keçirəcək.