
Super Liqa klubu baş məşqçisiz qaldı
- 27 Noy 2023 19:30
- 260
Türkiyənin "Kasımpaşa" komandasının baş məşqçisi Kemal Özdeş istefa verib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis ötən gün "Konyaspor"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra vəzifəsindən ayrılıb.
2016-cı ildə də İstanbul təmsilçisinə rəhbərlik etmiş Kemal Özdeş cari ilin aprelində yenidən komandaya qayıtmışdı.
Sözügedən komanda hazırda Super Liqanın turnir cədvəlində 18 xalla 8-ci pillədə qərarlaşıb.