![photo](https://www.rekord.az/storage/uploads/5/t-323.jpeg)
Super Liqa klubu braziliyalı hücumçu ilə gücləndi
- 18 İyl 2023 12:15
- 286
“İstanbulspor” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Albaniyanın “Eqnatiya” komandasının braziliyalı hücumçusu Cekson Kenionu heyətinə qatıb.
Sol cinah vingeri ilə 5 illik müqavilə imzalanıb. Türkiyə klubu bu transfer üçün “Eqnatiya”ya 400 min avro ödəyib.
2020-ci ildən “Eqnatiya”da forma geyinən 24 yaşlı futbolçu bu komandada 98 oyuna 18 qol vurub.