Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparacaq sözügedən klub mərakeşli qapıçı Munir Mohamedini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniyanın “Malaqa” klubundan transfer edilən 31 yaşlı qolkiperlə 2+1 illik müqavilə imzalanıb.

Mərakeş yığmasının da üzvü olan Munir, 2018-ci ildən “Malaqa”da çıxış edirdi. O, daha öncə “Numansiya”, “Melilya”, “Almeriya” və “Keuta” klublarının da formasını geyinib.