Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi tunisli müdafiəçi Yassine Meriahı heyətinə qatıb.

Rizə klubu 27 yaşlı futbolçunu Yunanıstan “Olimpiakos”undan 1 illik icarəyə götürüb.

Qeyd edək ki, Meriah geridə qalan mövsümün ikinci dövrəsini də Türkiyənin digər klubu “Kasımpaşa”da icarədə keçirmişdi. Tunis yığmasının da üzvü olan futbolçu 2018-ci ildən “Olimpiakos”dadır.