![photo](https://www.rekord.az/storage/uploads/5/3242ae5f-3d1d-3782-87c3-e442cea802eb-850.jpg)
Super Liqa klubu sabiq baş məşqçisini geri qaytardı
- 06 Sen 2023 21:41
- 317
Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az əyalət təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Marius Şumudiça ilə razılıq əldə edilib.
52 yaşlı rumıniyalı mütəxəssis sentyabrın 7-də Qaziantepə gedərək son detalları müzakirə edəcək. O, bu postda Erdal Günəşi əvəzləyəcək.
Son olaraq Səudiyyə Ərəbistanında "Əl-Raed"də işləyən Marius Şumudiça 2019-2021-ci illərdə də "Qaziantep"in "sükanı arxasında" olub.