"Fənərbaxça"nın və Türkiyə millisinin sabiq futbolçusu Volkan Dəmirəlin yeni iş yeri müəyyənləşib.

Rekord.az xəbər verir ki, o, "Bodrumspor"un baş məşqçisi təyin edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssis Super Liqa təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. O, bu klubda İsmet Taşdemiri əvəz edib.

Volkan son olaraq "Hatayspor"u çalışdırıb.

"Bodrumsport" turnir cədvəlində 10 xalla 13-cü yerdədir.