Türkiyənin “Ərzurumspor” klubunun yeni baş məşqçisi rəsmən açıqlanıb.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükan”ı Hüseyn Çimşirə tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

Çimşir son olaraq “Trabzonspor”u çalışdırırdı.

“Ərzurumspor” Super Liqada 9 oyuna topladığı 9 xalla 17-ci sıradadır.