Super Liqa klubunda 3 yeni futbolçu
- 03 Avq 2021 12:46
- 512
Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisinin yeni transferlərindən biri qapıçı Ahmet Eyüp Türkaslandır.
Son olaraq “Ümraniyəspor”da forma geyinimiş 26 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.
“Yeni Malatyaspor” müdafiəçi Mete Sevinçi də transfer edib. Son olaraq “Turqutluspor”da oynayan 23 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə bağlanılıb.
Super Liqa təmsilçisi “Başakşəhər”dən də yarımmüdafiəçisi Məhəmməd Emin Sarıkayanı heyətinə cəlb edib. 19 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.