Türkiyənin “Kayserispor” klubu 3 futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yunanıstandan olan mərkəz müdafiəçisi Dimitrios Kolovetsios 2, Qanadan olan yarımmüdafiəçi Yav Akkah və türkiyəli vinger Ethem Balcı isə 3 illik müqaviləyə imza atıblar.

Kolovetsiosdur Kayseri təmsilçisinə 2020-ci ildə “Panatinaikos”dan gəlib. O, Super Liqa təmsilçisində 83 oyuna 2 qol da vurub.

Akkah da Super Liqa klubuna 2020-ci ildə “Boavişta”dan transfer edilib. 23 yaşlı futbolçu bu mövsümə qədər “Ərzurumspor” və “Keçiörengücü” klublarında icarədə oynayıb. Dayaq yarımmüdafiəçisi “Kayserispor”da da 25 oyun keçirib, 1 qol vurub.

Sağ cinah vingeri olan 19 yaşlı Ethem Balcı isə Kayseri təmsilçisində cəmi 2 matça çıxıb.