Super Liqa klubunda ayrılıq
- 18 Sen 2020 20:30
- 713
Türkiyənin “Trabzonspor” klubu yarımmüdafiəçisi Doğan Ərdoğanla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Qaradəniz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, 24 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. Tərəflər arasındakı müqavilənin müddəti 2022-ci ilin 31 mayına qədər idi. Amma futbolçuya heç bir təzminat ödənilməyəcək. Çünki klub ona azad agent statusu verib.
Ötən ilin yayında Avstriya LASK-ından transfer edilən Ərdoğan, Türkiyə Super Liqasında 20 oyuna çıxıb.