Super Liqa klubunda ayrılıq
- 17 Avq 2021 14:23
- 485
Türkiyənin “Başakşəhər” klubu braziliyalı müdafiəçisi Rafael Pereyra ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ötən mövsüm Lion “Olimpik”indən ayrılan və azad agent kimi İstanbul klubuna keçən futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Rafael 2008-2015-ci illər aralığında “Mançester Yunayted”də forma geyinib. O, bu komandanın heyətində 3 dəfə İngiltərə çempionu olub.