Super Liqa klubunda baş məşqçi ayrılığı
- 06 Noy 2024 19:59
- 77
Türkiyə Super Liqa təmsilçisi "Kasımpaşa" baş məşqçisi Sami Uğurlu ilə yollarını ayırıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
O, 2023-cü ildən İstanbul təmsilçisinin baş məşqçisi vəzifəsində çalışırdı.
"Kasımpaşa" Türkiyə çempionatında 14 xalla 9-cu sırada qərarlaşıb.