Super Liqa klubunda baş məşqçi ilə yeni müqavilə
- 27 Fev 2021 11:30
- 684
Türkiyənin “Hatayspor” klubu baş məşqçi Ömər Ərdoğanla müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ərdoğanın sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.
43 yaşlı mütəxəssis ötən ilin avqustundan “Hatayspor”u çalışdırır. Onun rəhbərlik etdiyi komanda Super Liqanın cari mövsümündə keçirdiyi 25 oyuna 42 xal toplayıb və 6-cı sırada qərarlaşıb.