Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Kemal Özdeşi istefaya göndərib.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, istefaya məşqçi ilə klub rəhbərliyi arasındakı fikir ayrılığı səbəb olub. Bu üzdən də tərəflər qarşılıqlı razılıq əsasında vidalaşıblar.

“Kasımpaşa” Özdeşin rəhbərliyi altında bu mövsüm keçirdiyi 13 oyunda 3 qələbə, 3 heç-heçəyə imza atıb, 7 məğlubiyyətlə üzləşib. Ötən gün lider “Sivasspor”a 0:2 hesabıyla uduzan komanda hazırda 12 xalla 15-ci pillədə qərarlaşıb.