Super Liqa klubunda baş məşqçi istefası
- 22 Okt 2023 18:22
- 358
“Konyaspor” baş məşqçisi Aleksandr Stanoyeviçi istefaya göndərib.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Serbiyadan olan 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, bu ilin yanvarından “Konyaspor”a rəhbərlik edirdi.
Konya təmsilçisi hazırda 9 xalla Super Liqada 14-cü sırada qərarlaşıb.